Gəncədə tibb bacısını avtomobil vurub öldürdü FOTO (YENİLƏNİB)

07.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Gəncədə "Hyundai Sonata "markalı minik maşını yolu keçmək istəyən 1969-cu il təvəllüdlü R.Quluyevanı vurub.

"Unikal" xəbər verir ki, minik avtomobilinin vurduğu piyada xəstəxanada ölüb.

***20:11

Gəncədə qadını avtomobil vurub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin "Pasyolka" adlanan ərazisində qeydə alınıb. Hərəkətdə olan "Hyundai Sonata "markalı minik maşını yolu keçmək istəyən 1969-cu il təvəllüdlü R.Quluyevanı vurub. Ağır xəsarət alan qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirlir.

Qeyd edək ki ağır xəsarət alan piyada Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində fəaliyyət göstərən 2 saylı Uşaq Xəstəxanasının kiçik tibb bacısıdır.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью