Gəncədə toy karvanında gəlin maşını işıq dirəyinə çırpılıb

13.09.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

Gəncədə toy karvanında gəlin maşını işıq dirəyinə çırpılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Prospektlə hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qeyd edək ki, gəlinin olduğu avtomobili bəy idarə edirmiş. Qəza nəticəsində bəy və gəlin xəsarət almayıb. Ancaq avtomobilə və işıq təsərrüfatına ciddi ziyan dəyib. Bəy və gəlin qəzadan sonra başqa avtomobillə toy mərasimi olan məkana gediblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью