Gəncədə türkiyəli iş adamı evində ölü tapıldı Foto

05.03.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Gəncədə fəaliyyət göstərən xarici tikinti şirkətlərindən birinin rəhbəri vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə vətəndaşı Mustafa Karabelanın Gülüstan yaşayış massivində yaşadığı evdə meyiti tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. İlkin ehtimallara görə, 40 yaşlı iş adamı ürəktutmadan həyatını itirib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Məlumat üçün bildirək ki, mərhum Gəncə şəhərində avtomobil yollarının asfaltlanması işlərini həyata keçirən “DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı filialının rəhbəri olub.

Yunis Quliyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью