Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir. Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Gülüstan qəsəbəsi ərazisində baş verib.Hərəkətdə olan “VAZ-21011”, “VAZ-2107” və “KIA” markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.