Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Gəncədə özəl xəstəxanaların birində əməliyyat olunan qadın bir müddət sonra ölüb.
“Qafqazinfo”nun məlumatına görə, Tərtər rayon sakini 1958-ci il təvəllüdlü Kəmalə Qasımova əməliyyatdan sonra evə aparılıb.
Bir müddət sonra ürək əməliyyatı olunan qadının səhhəti ağırlaşıb və o, yenidən özəl xəstəxanaya gətirilib, lakin bu dəfə qadının həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Yunis Quliyev