Gəncədə VAZ 2107 işıq dirəyinə çırpıldı FOTOLAR

08.04.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Belə ki, prospektlə hərəkətdə olan "VAZ 2107" maraklı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Zərbənin təsirindən  "VAZ 2107" yol kənarında dayanan "Mitsubishi" maraklı minik maşına çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, hər iki avomobil və işıq dirəyinə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью