Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi anbaan kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza noyabrın 24-də saat 17:02 radələrində Mir Cəlal Paşayev küçəsində qeydə alınıb.
Görüntülərdən aydın olur ki, “BMW” markalı avtomobilin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə məhəl qoymadan geriyə manevr edib. Bu zaman həmin istiqamətdə hərəkətdə olan “VAZ-2106” markalı avtomobil ona çırpılıb.
Nəticədə hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, geriyə hərəkət zamanı sürücü digər hərəkət iştirakçılarına maneə və təhlükə yaratmadığına əmin olmalıdır.
Nərmin
bax.tvhttps://bax.tv/embed/229184.html