Gəncədə VAZ yük maşını ilə toqquşdu

17.01.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gəncədə minik maşını ilə yük maşını toqquşub.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin "Avtozavod" qəsəbəsində baş verib. Qəsəbə ərazisində hərəkətdə olan "VAZ-2107 "markalı minik avtomobil yolun kənarında dayanan "QAZel" markalı yük avtomobilinə çırpılıb.

Qəza zamanı xəsarət alan olmasa da, minik maşını yararsız hala düşüb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью