Gəncədə və Bakıda təhlükəli xəstəlik yayılıb

06.11.2024

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncə şəhərindəki yaşıllıqlar - ağaclar və kollar geniş miqyasda xəstəliklərə məruz qalır.

Hurriyyet.az xəbər verir ki, ən çox ziyan çəkən bitkilərin Gəncənin simvollarından sayılan çinar ağacları olduğu bildirilir.

Mütəxəssislərin sözlərinə görə, artıq şəhər ərazisindəki çinar ağaclarının 15 faizindən çoxu ciddi təhlükə ilə üzləşib.

Elmi işçi Gülcamal Ələsgərova bildirib ki, bu ağaclarda aşkar olunan çinar bağacığı insanlarda da narahatlıq yaradır: "Bu zərərvericilər çinarın altında kölgə quran insanların üzərinə düşərək onları dişləyir və allergiya yaranmasına səbəb olur".

Eyni zamanda, qeyd edilib ki, xəstəliklərin qarşısını almaq üçün ağacların gövdəsi yuyulmalı, ətraf təmizlənməli və ölkəyə gətirilən əkin materialları müvafiq şəkildə dezinfeksiya olunmalıdır./Milli.Az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью