Gəncədə Vətən müharibəsi qazisi xəstəxanalıq oldu

19.02.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncədə 38 yaşlı kişi bədən xəsarəti alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1988-ci il təvəllüdlü Elnur Katibli bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
 

O dərhal əməliyyata götürülüb, müalicəsi davam etdirilir. Yaralının 44 günlük Vətən müharibəsi qazisi olduğu bildirilir. Hadisənin təfərrüatları dəqiqləşdirilir. Onun kim tərəfindən və hansı şəraitdə vurulduğu  hələlik bilinmir.


Faktla bağlı bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью