Gəncədə vəzifəli şəxs avtomobildə infarkt keçirərək vəfat edib

15.01.2025

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Gəncədə vəzifəli şəxs avtomobildə infarkt keçirərək vəfat edib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1978-ci il təvəllüdlü Cəfərov Şirin Məhərrəm oğlu "Nissan" markalı avtomobildə dünyasını dəyişib.

Qeyd edək ki, mərhum Azərbaycan Dəmir Yolları (QSC) yük daşımaları departamentinin stansiyaların idarəedilməsi xidmətinin Qərb sahəsinin rəis müavini vəzifəsində çalışırmış.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью