Gəncədə xəsarət alan gənc xəstəxanada VƏFAT ETDİ

03.02.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncədə kəsici alətlə xəsarət alan 25 yaşlı gənc vəfat edib. 
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 2001-ci il təvəllüdlü R. Məmmədov bədənin kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncədəki xəstəxanalardan birinə yeləşdirilib.
O, dərhal əməliyyata götürülüb. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.  Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью