Gəncədə xəstəxanada baş verən hadisə ilə bağlı TƏBİB dən AÇIQLAMA

11.06.2025

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Bu gün səhər saat 10:50 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanada oksigen kompressorunda nasazlıq yaranıb, hazırda bərpa işləri davam etdirilir.
Bu barədə Demokrat.az-a TƏBİB-dən bildirilib. 
Məlumata görə, hadisə ilə əlaqədar 2 pasiyent Akademik Z.Məmmədov adına xəstəxanaya təxliyə edilib, müalicələri davam etdirilir:
"Əlavə edək ki, Abbas Səhhət adına xəstəxanada tibbi xidmətlərin göstərilməsində fasilə yaranmayıb".
Cavidan Mirzəzadə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью