Gəncədə xəstəxanada işıqlar söndü, xəstə qəbulunda problem yarandı

23.06.2026

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Gəncə şəhərində yerləşən Abbas Səhhət adına xəstəxanada elektrik enerjisi ilə bağlı problem yaranıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Bildirilir ki, tibb müəssisəsində işıqlar sönüb. Bu səbəbdən xəstələrin qəbulu prosesində gecikmələr yaranıb.

Yaranmış nasazlıq xəstəxananın fəaliyyətinə təsir göstərib və bəzi vətəndaşlar xidmət almaqda çətinlik çəkiblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью