Icma.az, Bizim media saytına istinadən bildirir.
Gəncədə xəstəxanada vəfat edən 5 yaşlı Daşkəsən sakininin ölüm səbəbi ilə bağlı rəsmi açıqlama verilib.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə 5 yaşlı qız qıcolmadan vəfat etdi
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 27.01.2026-cı il tarixində saat 21:50 radələrində 2021-ci il təvəllüdlü şəxs (qadın) ağır vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub:
"Yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası, qıcolma və spazm diaqnozu təyin edilən, epilepsiya xəstəsi olan pasiyentin aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq saat 22:40 radələrində ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib".
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu