Gəncədə xəstəxananın ikinci mərtəbəsindən düşən kişi öldü

20.10.2025

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Gəncə şəhərində xəstəxanada ölüm hadisəsi olub.

Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxanasının Travmatologiya şöbəsində qeydə alınıb.

Həmin xəstəxananın sözügedən şöbəsində yatan Goranboy rayon sakini, 1954-cü il təvəllüdlü Z.Rzayev ikinci mərtəbədən yıxılıb.

O, xəstəxananın digər şöbəsinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью