Gəncədə yas mərasimində zəhərlənmə AQTA araşdırmalara başlayıb/YENİLƏNİB

14.07.2026

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Gəncədə ilkin nəlumata görə, 6 nəfərin qida zəhərlənməsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) araşdırmalara başlayıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə yas mərasimlərindən birində baş verib və qurumun Gəncə Regional Nümayəndəliyinin rəsmiləri qidadan nümunələr götürməyə başlayıb. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə müvafiq tədbirlər görülür.

Qeyd edək ki, bu, Gəncədə son 3 gün ərzində qeydə alınan ikinci kütləvi qida zəhərlənməsi hadisəsidir. 2 gün əvvəl də şəhərin Atatütk prospektində yerləşən ünvanlardan birində yas mərasimində iştirak edən 8 sakin qida zəhərlənməsi ilə xəstəxanaya müraciət etmişdi.

***
18:28

Gəncədə 6 nəfər qidadan zəhərlənib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 6 nəfər Abbas Səhət adına Gəncə Birləşmiş Yolxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Tapdıq Həsənli (1999), Leyla Hüseynova ( 1951), Ramil Məmmədov ( 1982), Ülviyyə Hacıyeva (1974) yerli tibb müəssisəsinə yerləşdiriliblər

Zəhərlənən iki azyaşlı isə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına aparılıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью