Gəncədə yaşayış binasında YANĞIN

06.03.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

Gəncədə ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın başlayıb.

Modern.az xəbər verir ki, bu barədə Fövəqladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, FHN-in  “112” qaynar telefon xəttinə Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью