Gəncədə yaşayış binasında yanğın olub FOTO

05.09.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayonunda yerləşən 9 mərtəbəli binada qeydə alınıb. Binanın 3-cü mərtəbəsində yerləşən mənzilin mətbəxində baş verən yanğın FHN-in yanğınsöndürənləri tərəfindən söndürülüb.

Fakt araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью