Gəncədə yaşayış binasının dam örtüyündə yanğın olub

29.12.2024

Report.az saytına istinadən Icma.az xəbər verir.

Gəncə şəhərində beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Yanğın söndürülüb və alovun yayılmasının qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью