Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” Kuboku uğrunda yarış keçirilir AZƏRTAC

07.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Gəncə, 7 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC

Voleybol üzrə yeniyetmə qızlar arasında Gəncə Regional Voleybol Klubunun təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” Kuboku uğrunda yarış start götürüb.

Klubdan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dekabr ayı ərzində davam edəcək yarışda Gəncə, Samux, Goranboy, Mingəçevir, Yevlax, Bərdə və Daşkəsəndən 9 komanda iştirak edir. Komandalar iki qrupa bölünərək dairəvi sistem üzrə mübarizə aparırlar. A qrupunun qarşılaşmaları Gəncədə, B qrupunun görüşləri isə Yevlaxda reallaşacaq. 1-ci yerə çıxan komandaya kubok, 2-ci və 3-cü yerin sahiblərinə medallar, digər iştirakçılara diplomlar təqdim ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью