Gəncədə yataqxanada yanğın baş verib

07.07.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Gəncədə yataqxanada yanğın hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Abbas Səhhət yaşayış massivində yerləşən 2 saylı yataqxanada baş verib.

Məlumata görə, binada qəfil yanğın başlayıb. Hadisə ilə bağlı dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью