Gəncədə Yeni il gecəsi BIÇAQLANMA 22 yaşlı oğlan xəstəxanalıq oldu

01.01.2025

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yeni il gecəsi Gəncədə mübahisə bıçaqlanma ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib.
Tanımadığı şəxslə küçədə mübahisə edən 2003-cü il təvəllüdlü İ.Pənahov bədəninin kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyata götürülüb, hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью