Gəncədə yeniyetmə repetitor yanında ürəktutmadan öldü

26.01.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncədə halı pisləşən 17 yaşlı oğlan ölüb.

Lent.az APA-ya istinadla xəbər verir ki, Kəlbəcər rayon sakini  İ.Allahverdiyev huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun öldüyü məlum olub.

İlkin məlumata görə, yeniyetmənin repetitor yanında hazırlıqda olan zaman halı pisləşib. Onun ürək tutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью