Gəncədə yerləşən şirkətlərdən birində yanğın olub

09.05.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncədə köhnə avtomobillərin utilizasiyası ilə məşğul olan şirkətdə yanğın olub.

XQ xəbər verir ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin üç yanğın söndürən avtomobili və xeyli sayda canlı qüvvəsi cəlb olunub.

Hadisə nəticəsində müəssisənin çöl hissəsində utilaziyaya verilən üç avtomobil və ərazidə olan şinlər yanıb. Hadisənin səbəbləri dəqiqləşdirilir. Yanğının qarşısı alınıb.

Faktla bağlı araşdırma başlanılıb.

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью