Gəncədə yol çökdü Video

11.11.2024

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gəncədə avtomobil yollarından biri çöküb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsi Aydın Nəbiyev küçəsində qeydə alınıb.

Belə ki, küçənin bir hissəsi tamamilə çöküb.

Sakinlərin sözlərinə görə, bir müddət əvvəl bu əraziyə su və kanalizasiya xətti çəkilib, ardından qazılan yerə asfalt örtüyü döşənib. Lakin sonradan asfalt örtüyünün müəyyən hissəsi çöküb.

Ərazidə hadisənin baş verməsi ilə bağlı xəbərdaredici nişanlar quraşdırılmayıb.

Yunis Quliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью