Gəncədə yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

02.02.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Gəncədə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, qəza şəhərin Nizami Gəncəvi prospektində baş verib.

Hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 2006-cı il təvəllüdlü Ə. Nəcəfov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью