Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var

09.06.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İnsident Gəncə-Samux avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "KIA" və "VAZ-2107" markalı avtomobillər toqquşub. İlkin məlumatlara görə, qəza zamanı hər iki nəqliyyat vasitəsinin sürücüsü — Yetər Mavlitova və Elməddin Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşını ilə xəstəxanalardan birinə yerləşdiriliblər.

Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

(teleqraf)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью