Gəncədə yol qəzası olub

06.09.2026

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin N.Nərimanov prospektində  qeydə alınıb.

Moderator.az xəbər verir ki, "KİA" markalı avtomobillə "Opel" markalı  avtomobil toqquşub. Zərbənin təsirində "KİA" markalı maşın ağaca çırpılıb. Hadisə zamanı  1963 cü il təvəllüdlü Ziyarət Rəşidova, Röyal Rəşidov və daha bir neçə nəfər xəsarət alıb. Yaralıların bir qismi özəl xəstəxanalardan birinə yerləşdirilib. 

Faktla bağlı araşdırma başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью