Gəncədə yol qəzası olub, ölən və xəsarət alanlar var

09.11.2024

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Gəncə şəhərində yerləşən parkların birinin yaxınlığında avtomobillər toqquşub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Ölkə.az-ın "Report"-a istinadən məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1967-ci il təvəllüdlü Kəbirə Əliyeva və onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü F.Əliyev və digər avtomobildə olan 2001-ci il təvəllüdlü S.İsgəndərov xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, K.Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью