Gəncədə yol qəzası olub, xəsarət alan var

11.12.2024

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Xudadat bəy Rəfibəyli küçəsi ilə Ozan küçəsinin kəsişməsində qeydə alınıb. Hərəkətdə olan "Kia" ilə "Audi" markalı minik maşınları toqquşub. Zərbənin təsirindən "Audi" yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью