Gəncədə yol qəzasında iki uşaq xəsarət alıb

27.02.2026

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 2018-ci il təvəllüdlü N.Mirzəyeva və 2021-ci il təvəllüdlü M.Sadıqov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью