Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin həyata keçirilməsi ilə bağlı satınalma proseduruna başlayıb.
Banco.az xəbər verir ki, layihə üzrə ehtimal olunan qiymət 4 milyon 904 min manat təşkil edir.
İşlər çərçivəsində şəhərin yol infrastrukturunun yenilənməsi, istismar müddətini başa vurmuş yol sahələrinin əsaslı təmiri və nəqliyyatın hərəkət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur.