Gəncədə yolların təmirinə 10 milyon ayrıldı QALİB ŞİRKƏT, TƏFƏRRÜATLAR

05.11.2024

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin keçirdiyi tender müsabiqəsinə yekun vurulub.

Publika.az Valyuta.az-a istinadən xəbər verir ki, tender Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması ilə bağlıdır. Tenderin qalibi “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti olub. Qalib şirkətlə qurum arasında 9 milyon 847 min 742 manatlıq müqavilə imzalanacaq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Gəncə Körpü Tikinti-2” ASC 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 min 104 manat olan şirkətin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.

Açıq mənbələrdə ASC barəsində hər hansı məlumat yoxdur. Baxmayaraq ki, "Gəncə Körpü Tikinti-2” ASC vaxtaşırı milyonluq tenderlərin qalibi olur. ASC-nin qalib gəldiyi tenderlər əsasən Gəncə Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumlara aid olur.

2021-2022-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumlarla "Gəncə Körpü Tikinti-2” ASC arasında maliyyə dəyəri 10 668 797.01 AZN təşkil edən 3 satınalma müqaviləsi imzalanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью