Gəncədə yolnəqliyyat hadisəsi olub Ölən və xəsarət alanlar var

09.11.2024

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gəncə şəhərində yerləşən parkların birinin yaxınlığında avtoqəza olub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1967-ci il təvəllüdlü Kəbirə Əliyeva və onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü F.Əliyev və digər avtomobildə olan 2001-ci il təvəllüdlü S.İsgəndərov xəsarət alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. Həkimlərin səylərinə baxmayaraq, K.Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью