Gəncədə yunan Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatı start götürüb

03.02.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncə, 3 fevral, Elcan Məmmədov, AZƏRTAC

Gəncə İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatının açılış mərasimi olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib.

Rəsmi hissədə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov və digərləri iştirakçılara uğurlar arzulayıb, ölkəmizin, eləcə də Gəncənin yetirmələrinin dünya güləş tarixində öz yeri olduğunu diqqətə çatdırıblar.

Sonra rəqs ansamblının çıxışı izlənilib.

Daha sonra yarışlar başlayıb.

Çempionatda 500-ə yaxın idmançı qələbə uğrunda mübarizə aparır. Yarış fevralın 7-dək davam edəcək. İlk 3 yeri tutan güləşçilər Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin Azərbaycan Güləş Federasiyası tərəfindən pul mükafatı ilə təltif ediləcək. Onlar milli komandanın tərkibinə cəlb ediləcək və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək fürsəti qazanacaqlar.

Qeyd edək ki, fevralın 8-də qadın güləşi üzrə U15 və U17 ölkə birinciliyi keçiriləcək. Fevralın 9-13-də isə eyni məkanda yunan-Roma və sərbəst güləş üzrə U17 Azərbaycan çempionatı baş tutacaq. Görüşlər hər gün 10:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью