Gəncədə zavod yandı VİDEO (YENİLƏNİB)

05.05.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Gəncədəki zavodda baş verən yanğının qarşısını almaq üçün 10 nəqliyyat vasitəsi və 60 nəfər canlı qüvvə cəlb olunub".
Demokrat.az
xəbər verir ki, bunu "Report"a Gəncə şəhər Dövlət Yanğından Mühafizə idarəsinin rəis müavini Cavidan Avşarov açıqlayıb.
"04:38-də qaynar xəttə yanğınla bağlı məlumat daxil olub və hadisə yerinə ümumilikdə 10 nəqliyyat və 60 nəfər canlı qüvvə cəlb olunub", - o bildirib və əlavə edib ki, yanğın 1500 kvadratmetr ərazini bürüyüb:
"Şəxsi heyət tərəfindən yanğın operativ şəkildə söndürülüb. Xəsarət alan olmayıb. Ümumilikdə tum (günəbaxan tumu - red.) zavodunun 500 kv.m anbar hissəsi yanğından mühafizə edilib".
***
07:02
Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
Demokrat.az
bu barədə FHN-in Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.
Qeyd olunur ki, yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.
***
06:26
Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda yanğın olub.
Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью