Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Gəncədə 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş möhtəşəm konsert proqramı keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, tədbir 2025-ci il noyabrın 8-də saat 19:00-da Gəncə şəhərində, Heydər Əliyev adına meydanda (İnzibati binanın önündə) baş tutacaq.
Konsert proqramında şəhid ailələri, müharibə iştirakçıları, Gəncə sakinləri və şəhərin qonaqları iştirak edəcək. Sonda isə möhtəşəm atəşfəşanlıq nümayiş olunacaq.