Gəncədə zəhərlənən şagirdlərin SON DURUMU

02.10.2026

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

01.10.2026-cı il tarixində saat 12:30 radələrindən başlayaraq 6 nəfər (qadın cinsli) zəhərlənmə şübhəsilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. 

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 

Qeyd olunub ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyətləri qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.

Xatırladaq ki, oktyabrın 1-i Gəncə şəhəri ərazisində yerləşən orta məktəblərin birində 5 şagirdin qida zəhərlənməsindən xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Zəhərlənmənin səbəbinin müəyyən olunması məqsədilə zəruri nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib, eləcə də araşdırma üzrə əhəmiyyət kəsb edən digər hərəkətlər aparılıb.

Günəş Mərd 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью