Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq “Opel” və “Chevrolet Cruze” markalı minik avtomobillərinə dəyib.
Daha sonra “Mercedes” markalı avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılaraq aşıb.
Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb. Minik avtomobillərinin üçünə də ciddi ziyan dəyib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.