Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gəncədə üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, hadisə Nizami prospektində qeydə alınıb.
"Opel", "Ford" və daha bir avtomobilin iştirakı ilə qəza baş verib. İlkin məlumata görə, qəza zamanı 2000 - ci il təvəllüdlü Səyyarə Məmmədova və 1996-cı il təvəllüdlü Yusif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Hadisə yerinə yol polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.