Gəncədə zəncirvari qəza olub, bir nəfər xəsarət alıb

28.11.2024

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Gəncədə 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Gəncə-Şəmkir avtomobil yolunun 4-cü kilometrliyində, Şəmkir avtovağzalının qarşısında qeydə alınıb. Hərəkətdə olan "Hyundai Elentra", "Mercedes" və "VAZ 2107 " markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью