Gəncədə zəncirvari qəza olub, bir nəfər xəsarət alıb

28.11.2024

Icma.az, Operativmedia saytına istinadən bildirir.

"Operativ Media" xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun 4-cü kilometrliyində, Şəmkir avtovağzalının qarşısında qeydə alınıb.

Hərəkətdə olan "Hyundai Elentra", "Mercedes" və "VAZ 2107 " markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью