Gəncədəki partlayış nəticəsində evlərə ziyan dəyib

02.02.2026

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gəncə şəhərində baş verən partlayış nəticəsində yaxınlıqdakı evlərə də ziyan dəyib.

Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində ərazidə olan iki mənzil zədələnib.

Xatırladaq ki, hadisə bu gün axşam saatlarında şəhərin Sevinc qəsəbəsində baş verib. Qəsəbə ərazisində fəhlələr mərkəzi kanalizasiya sisteminin ətrafında qazıntı işləri aparıblar. Daha sonra həmin sistem üzərində qaynaq işləri görülüb. Qaynaq işləri zamanı kanalizasiya xəttindən keçən qaz xəttində baş verən qaz sızması partlayışa səbəb olub. Həmin vaxt kanalizasiya quyusunda olan qaynaqçı və 2 fəhlə ağır xəsarətlər alıblar.

Samir Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью