Gəncədəki partlayış qəsdən törədilibmiş FOTOLAR

12.05.2025

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Gəncədə yaşayış binasında partlayış baş verib.

"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, hadisənin qəsdən törədildiyi məlum olub.

Bildirilib ki, Adil adlı şəxs hadisədən əvvəl 1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədova ilə dalaşıb və onu bıçaqla hədələyib. Sonra isə evi yandırıb və partlayış baş verib. Nəticədə kişi özü ölüb, qadın xəsarət alıb.

Hadisə yerinə polis və xilasedicilər cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью