Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar xəttinə Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verdiyi və xilasedicilərin çağırışı barədə zəng olub.
Bakupost.az xəbər verir ki, FHN-in yaydığı məlumata görə, Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırışda deyilən yerə gediblər.
Əraziyə gedən xilasedicilər “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı beton maneəyə çırpıldığını və bir nəfərin sıxılmış vəziyyətdə qalaraq öldüyünü görüblər.
FHN əməkdaşları həmin şəxsin meyitini çıxararaq təcili tibbi yardıma təhvil veriblər.