Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gəncədə xəstəxanada oksigen balonu yanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Abbas Səhət adına 1 saylı Xəstəxanada qeydə alınıb.
Hazırda xəstəxananın Reanimasiya şöbəsində olan xəstələr Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 saylı xəstəxanaya köçürülür. İlkin məlumata görə, təxminən 10-dan artıq xəstə artıq təxliyə olunub.
Bildirilib ki, Abbas Səhət adına Xəstəxanaya elektrik enerjisi verilişi dayandırılıb, həmçinin bəzi xidmətlər göstərilmir.
Əlavə məlumat veriləcək.
Yunus Quliyev