futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının IV turu çərçivəsində sentyabrın 4-də baş tutacaq “Kəpəz” – “Şamaxı” qarşılaşmasına azarkeş marağı pik həddədir.
Futbolpress.az xəbər verir ki, Gəncə təmsilçisinin doğma meydanda keçirəcəyi matç üçün indiyədək 7 min bilet satılıb.
Futbolsevərlər biletləri onlayn şəkildə “iticket.az” platformasından, eləcə də Gəncə şəhər stadionunun kassalarından ala bilərlər. Görüşə giriş biletlərinin qiyməti 2–20 manat aralığında müəyyənləşdirilib.
Satış tempi belə davam edəcəyi təqdirdə, avqustun 30-da keçirilən “Kəpəz” – “Turan Tovuz” matçındakı 13500 nəfərlik tamaşaçı rekordunun yenilənəcəyi gözlənilir.
“Kəpəz” – “Şamaxı” qarşılaşması sabah saat 20:15-də start götürəcək.