Gəncənin baş məşqçisi: Çatışmazlıqları aradan qaldırmalıyıq

15.01.2025

Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çatışmazlıqları aradan qaldırmalı, daha yaxşı hazırlaşmalıyıq.

"Report"un məlumatına görə, bunu "Gəncə"nin baş məşqçisi Halil Atlı "Şəki"yə 66:72 hesabı ilə uduzduqları Azərbaycan Basketbol Liqasının IX turundan təxirə salınmış oyun barədə danışarkən deyib.

Türkiyəli mütəxəssis rəqibi qələbə münasibəti ilə təbrik edib:

"Hesaba baxdığımızda ortalama 100 xalla oynayan “Şəki”ni 72 xalda saxladıq, özümüz isə 66 xal qazandıq. Ritmsiz oynadıq. 16 dəfə sərbəst atışı qaçırdıq. 3 xallq atışlarda əvvəlki göstəricilərimizdən çox zəif nəticə əldə etdik. Oyunu uduzmağımızda bu önəmli oldu".

H.Atlının sözlərinə görə, matçın gedişində bir basketbolçunu cəza səbəbindən itirmələri də oyunlarına təsir edib:

"Qarşıda “Lənkəran” ilə səfər oyunumuz var. Lənkərana qələbə üçün gedəcəyik”.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью