Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Gəncə” basketbol klubunun baş məşqçisi Martin Knejeviç FIBA Avropa Kubokunda Yunanıstanın “Kolossos” komandasına 62:80 hesabı ilə uduzduqları görüşü şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında hücumdakı problemlərin nəticəyə təsir etdiyini bildirib.
“Gəncə basketbolunun tarixində bir ilk yaşandı. Komandamız bu gün FIBA Avropa Kubokunda doğma meydanda oynadı. Möhtəşəm azarkeş dəstəyi vardı. Azarkeşlərimizə minnətdarıq. Hücumda istədiyimiz kimi oynaya bilmədik. Müdafiədə isə əksinə, yaxşı çıxış etdik. Oyun ərzində bir neçə dəfə hesab fərqini azaltmağı bacardıq. Amma hücum xəttində istədiklərimizi həyata keçirə bilmədiyimiz üçün belə nəticə alındı. Oyunu təhlil edəcəyik”, – deyə Knejeviç vurğulayıb.
Qeyd edək ki, Gəncə İdman Sarayında keçirilən qarşılaşma Azərbaycan təmsilçisinin turnirdə ardıcıl ikinci məğlubiyyəti olub. “Gəncə” ilk turda Türkiyənin “Esenler Erokspor” klubuna səfərdə 63:92 hesabı ilə uduzub.